Lerik rayonunda güclü külək bədbəxt hadisə ilə nəticələnib. ANS PRESS-in məlumatına görə, dünən odun toplamaq üçün meşəyə gedən rayonun Dəngəmirən kənd sakini Güləli Cəbiyev güclü küləyin təsirindən qopan ağacın altında qalıb. Onun meyiti bu gün meşədən ağacın altından tapılıb.
Xatırladaq ki, külək evlərə və elektrik xətlərinə ciddi ziyan vurub. Güclü cənub küləyi rayonda 200-dən çox elektrik dirəyini, 12 km-dən çox elektrik naqillərini sıradan çıxıb.
/ANSPRESS/