Hadisə

Gəncədə silahlı insident: ölənlər və xəsarət alanlar var

Hadisə silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında baş verib

· Xəbərçi
Gəncədə silahlı insident: ölənlər və xəsarət alanlar var
Bu gün səhər saatlarında Gəncədə, Nizami rayonu Mahrasa bağı ərazisində silahlı qruplaşmalarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında silahlı insident baş verib.Gəncə Şəhər Baş Polis İdarəsindən Trend-ə bildiriblər ki, silahlı insident qanunsuz silahlı qruplaşmanın zərərsizləşdirilməsi zamanı baş verib. İnsident zamanı hər iki tərəfdən ölənlər və xəsarət alanlar var.

Bildirilib ki, hazırda şəhərin hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində araşdırma aparırlar.

İdarədən insidentlə bağlı ətraflı məlumat verilməyib.

Şərhlər