Avqustun 7-də Lənkəran rayonun Nərimanabad kənd sakini, 1995-ci il təvəllüdlü N.X. Gəncə şəhər Polis Şöbəsinə müraciət edərək, şəhərdə cinsi zorakılığa məruz qaldığını bildirib.
8-ci sinif şagirdi olan qız müraciətində valideynlərinin onu incitməsini səbəb gətirərək, avtobusla Gəncəyə qaçdığını, avtovağzalda Məmmədəli adlı şəxslə tanış olduğunu göstərib. Zərərçəkənin bildirdiyinə görə, həmin şəxs onu qohumunun evinə apararaq, orada zor tətbiq edib və cinsi əlaqədə olub.
Gəncə şəhər Polis İdarəsindən Lent.az-ın Gəncəbasar müxbirinə verilən məlumata görə, polis əməkdaşlarının axtarış tədbirləri ilə Gəncə sakini, 1977-ci il təvəllüdlü M.H. artıq saxlanılıb. Faktla bağlı araşdırma aparılır.