Bu gün saat 21 radələrində Gəncə-Yevlax magistralının 6-cı kilometrliyində dəhşətli yol qəzası baş verib. ANS PRESS-in bölgə müxbirinin məlumatına görə, «Mercedes» markalı minik avtomobili yolun kənarındakı avtobus dayanacağına çırpılıb və partlayıb. Hadisə nəticəsində maşındakı dörd nəfər həlak olub. Yanğın nəticəsində onların cəsədlərinin tanınmaz hala düşdüyü bildirilir. Avtomobildəkilərdən yalnız birinin şəxsiyyətini dəqiqləşdirmək mümkün olub. Bu, Goranboy rayonunun Səmədabad kənd sakini Vüsal Məmmədovdur.
İlkin ehtimallara görə, hadisə maşının sürətlə idarə olunması nəticəsində baş verib. /ANS PRESS/