Hadisə

Evi oğurlanan qadının qəribə yuxusu

“Yuxuda mənə dedilər ki...”

· Xəbərçi
Evi oğurlanan qadının qəribə yuxusu
Bakının Nizami rayonu ərazisində mənzildən oğurluq edilib. Nizami rayon Polis İdarəsinin 24-cü polis bölməsindən ANS PRESS-ə verilən məlumata görə, bu gün Bəhruz Nuriyev 4 ünvanında yeləşən binada Yavruma Ağamiravaya məxsus mənzildən dəyəri 150 manat olan qızıl boyunbağı oğurlanıb. Xristian dinini qəbul edən Y. Ağamirova polisə qarımaqarışıq izahat verib. O bildirib ki, evinin oğurlanmağını yuxuda görüb. Guya yuxuda gördüyü şəxs ona deyib ki, polisə şikayət etsə, boyunbağını gətirib qapısının qarşısına qoyacaqlar.
Hazırda evdən oğurluq edən şəxsin tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparılır.
Faktla bağlı araşdırma aparılır.
ANSPRESS

Şərhlər