Hadisə

Əsgərimiz ermənilərin gülləsinə tuş gəlib

Hadisə bu gün saat 13:00 radələrində baş verib

· Xəbərçi
Əsgərimiz ermənilərin gülləsinə tuş gəlib
Bu gün saat 13:00 radələrində Ermənistan silahlı qüvvələri Tərtərin işğal altında olan Talış kəndi ərazisində yerləşən mövqelərindən Azərbaycan Ordusunun Goranboy rayonunun Tapqaraqoyunlu kəndi ərazisində yerləşən mövqelərini atəşə tutublar. ANS PRESS-in Qarabağ bürosunun verdiyi məlumata görə, açılan atəş nəticəsində Azərbaycan milli ordusunun bir əsgəri yaralanıb.

Yaralı əsgərimiz yaxınlıqdakı xəstəxanaya yerləşdirilib. Onun hazırkı vəziyyəti barədə hələ ki, dəqiq məlumat yoxdur. ANSPRESS

Şərhlər