Hadisə

Ermənistan üç istiqamətdə atəşkəsi pozub

Ermənistan üç istiqamətdə atəşkəsi pozub. Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub.

· Xəbərçi
Ermənistan üç istiqamətdə atəşkəsi pozub
Ermənistan silahlı qüvvələrinin bölmələri dekabrın 8-də saat 09.50-dən 10.05-dək, 10.10-dan 10.20-dək Füzuli rayonunun Qorqan və Seyidəhmədli kəndləri yaxınlığında yerləşən mövqelərdən, saat 14.50-dən 15.05-dək Goranboy rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən, dekabrın 9-da saat 03.00-dan 03.20-dək Ağdam rayonunun Tağıbəyli kəndi yaxınlığında yerləşən mövqelərdən Azərbaycan Silahlı Qüvvələrinin üzbəüz mövqelərini avtomat və pulemyotlardan atəşə tutublar.

Bütün hallarda qarşı tərəf cavab atəşi ilə susdurulub. İtki yoxdur. ANSPRESS

Şərhlər