Ərazidəki sakinlərin verdiyi məlumata görə, üç erməni əsgərinin meyidi Azərbaycanın nəzarət etdiyi ərazidə qalıb
Ermənistan silahlı qüvvələri atəşkəsi pozub. ANS TV-nin Qarabağ bürosundan verilən məlumata, görə yanvarın 26-da saat 17 radələrində Ermənistan silahlı qüvvələri Ağdamın işğal altındakı Cəvahirli kəndi və Gülçülük sovxozu adlanan ərazidən Azərbaycan Ordusunun mövqelərinə doğru hücum ediblər.
Milli Ordumuzun mövqelərini ələ keçirtmək istəyən ermənilər itki verərək geri çəkilməyə məcbur olublar. İlkin məlumatlara görə, atışma iki saat davam edib. Bu dəqiqələrdə də ara-sıra silah səsləri eşidilir.
Ərazidəki sakinlərin ANS TV-nin Qarabağ bürosuna verdiyi məlumata görə, üç erməni əsgərinin meyidi Azərbaycanın nəzarət etdiyi ərazidə qalıb. Fakt hal-hazırda araşdırılır.