Ələt - Astara yolu iflic olub
14 Fevral 2010 Bazar 18:10
"KaMAz"ın aşması Ələt - Astara magistralının bağlanmasına gətirib çıxarıb.
Ələt-Astara yolunun 125-ci kilometrliyində, Cəlilabad rayonu ərazisində yol qəzası baş verib. İrandan Bakıya meyvə-tərəvəz aparan Lənkəran sakini Əli Həbibovun idarə etdiyi iki qoşqulu “KaMAz” markalı avtomaşının aşması nəticəsində xəsarət alan olmasa da, yol 3 saat bağlı qalıb və böyük tıxac yaranıb.
Yol patrul xidmətinin əməkdaşları ərazidən 40 ton yük tutumu olan “KaMAz”ı yolun hərəkət hissəsindən çıxarmaqda çətinlik çəkib. 3 saat sonra hadisə yerinə gətirilən traktor vasitəsi ilə yükü boşaldılmış avtomaşını yoldan kənarlaşdırmaq mümkün olub. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: