Hadisə

“Əl Qaidə”nin ikinci şəxsi öldürüldü

Terror təşkilatının əməliyyatlarına rəhbərlik edən Atiyə Əbd ər-Rəhman Pakistanda zərərsizləşdirilib

· Xəbərçi
“Əl Qaidə”nin ikinci şəxsi öldürüldü
“Əl Qaidə” terror təşkilatının komandanlığındakı ikinci şəxs olan Atiyə Əbd ər-Rəhman Pakistanda öldürülüb. Məlumatı “Associated Press” agentliyi ABŞ administrasiyasının nümayəndəsinə istinadən yayıb.

Əslən liviyalı olan Ər-Rəhman silahlıları keçirdiyi əməliyyatlara məsul olub. O, mayda Usəma bin Laden öldürüldükdən sonra qruplaşmanın ikinci şəxsinə çevrilib.

Adının çəkilməyən mənbə bildirib ki, Atiyə Əbd ər-Rəhman Pakistanın Vəziristan əyalətində öldürülüb.

Şərhlər