Dəvəçidə bədbəxt hadisə baş verib
24 Yanvar 2010 Bazar 20:50
Rayon sakini ov zamanı açdığı atəş nəticəsində həlak olub
Bu gün saat 13.00 radələrində Dəvəçi rayonunda bədbəxt hadisə baş verib. Rayonun Ağzıbir ovçuluq təsərrüfatı ilə Sarvan ovçuluq təsərrüfatı arasında yerləşən ərazidə qanunsuz ovçuluq edən 39 yaşlı Cəlal Sucu oğlu Əkbərov ov etdiyi zaman özünə məxsus qoşagüllə tüfəngi ilə sinəsinə dəyən atəşdən dünyasını dəyişib.

Hadisə barəsində dərhal Dəvəçi rayon Polis Şöbəsinə və rayon Prokurorluğuna məlumat verilib. Dəvəçi rayon Prokurorluğunun müavini Elmar İsmayılovun ANS PRESS-ə verdiyi məlumata görə, hazırda hadisə yerində istintaq aparılır. Hadisənin hansı şəraitdə baş verməsi araşdırılır. Faktla bağlı cinayət işi açılıb. Onun sözlərinə görə, ərazi qamışlı və palçıq olduğundan çox böyük çətinliklər yaradır. Hətta xidməti maşınlar çətinliklə əraziyə daxil olub.

Mərhumun meyifi Dəvəçi rayonunun morquna aparılıb. İlkin tibbi-ekspertizadan sonra meyid ailəsinə təhvil veriləcək.

Mərhumun qohumu Quba rayon I Nügədi kənd sakini Məmmədov Quran bu hadisənin düzgün araşdırılmasını və ciddi hüquqi qiymətin verilməsini tələb edib.ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar