Çoban arvadı ilə qoyun sürüsünü tarımar etdi
14 İyul 2014 Bazar Ertəsi 12:58
Quba rayonunda çoban və arvadı birləşərək qoyun sürüsünü tarımar edib.
Quba rayonunda çoban və arvadı birləşərək qoyun sürüsünü tarımar edib. ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Kuzun kəndində baş verib.

Belə ki, kənd sakini Nurağa Abdullayev Qusar rayon polis şöbəsinə ərizə ilə müraciət edərək Kuzun kəndinin otlaq sahəsindən 64 baş qoyununun itməsini bildirib.

Qusar rayon polis şöbəsi əməkdaşları tərəfindən əməliyyat başlanıb. Aparılmış araşdırmalar zamanı qoyunların həmin otlaq sahəsində çoban işləyən Ucar rayon sakini Arzu Qasımov və arvadı Naibə tərəfindən oğurlanması müəyyən edilib.

Hər iki şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar