Bakıda intihar hadisəsi baş verib. Xəzər rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, hadisə dünən axşam saatlarında Qala qəsəbəsində qeydə alınıb.
Cəlilabad rayonunda anadan olan 45 yaşlı Ramiz Əli oğlu Vəliyev özünü Qala qəsəbəsində yaşadığı evin həyətindəki yarımtikilidə asıb.
Məlumata görə, R.Vəliyev 1 saylı Ruhi Əsəb Xəstəxanasında qeydiyyatda olub.
Hadisənin səbəbi araşdırılır.
Cəlilabad sakini özünü asaraq öldürdü
Hadisə Bakıda baş verib




Şərhlər