Hadisə

Çay qaşığına yerləşən it

Dünyanın ən kiçik küçüyü ABŞ-da doğulub

· Xəbərçi
Çay qaşığına yerləşən it
Kaliforniyada dünyanın ən kiçik küçüyü dünyaya gəlib. "The Daily Mail"in verdiyi məlumata görə, küçük doğulandan cəmi 28 qram olub və çay qaşığına yerləşib. Dünyaya gələn zaman heç bir həyat əlaməti olmayan iti baytar həkimlər həyata qaytara biliblər.

İt məşhur müğənni Beyonsun şərəfinə “Beyons” adlandırılıb.

Artıq iki həftəyə 124 qram olan “Beyons” ekspertlərin rəyinə görə, planetin ən kiçik iti adına iddialıdır. Heyvanları müdafiə cəmiyyəti bunun üçün “Ginnesin Rekordları” kitabına müvafiq sorğu göndərib.


Şərhlər