Hadisə

Binəqədidə aptek yanıb

Hadisə nəticəsində aptekin yanar konsttruksiyaları və dərman preparatları yanıb

· Xəbərçi
Binəqədidə aptek yanıb

Bakının  Binəqədi rayonunda aptek yanıb. Hadisə bu gecə saat 01.40 radələrində M.Cəlal küçəsində baş verib. Daxili İşlər Nazirliyinin məlumatına görə, hadisə nəticəsində Aqil Quliyevə məxsus aptekin yanar konsttruksiyaları, oradakı əşyalar və dərman preparatları yanıb. Fakta bağlı araşdırma aparılır. /ANS PRESS/

Şərhlər