Hadisə

Bayramda 3 nəfər dəm qazından zəhərlənərək öldü

Hadisə bir gündə müxtəlif yrlərdə qeydə alınıb.

· Xəbərçi
Bayramda 3 nəfər dəm qazından zəhərlənərək öldü
Ötən gün Azərbaycanın müxtəlif yerlərində dəm qazından zəhərlənən 3 nəfər ölüb.

ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Xəzər rayonunun Buzovna qəsəbəsində Günay Adıgözəlzadə, Binəqədi rayonunun Sulutəpə qəsəbə sakini Gülnarə Rüstəmova və Sumqayıt şəhər sakini Rəna Namazova dəm qazından zəhərlənərək ölüblər.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər