Hadisə

Bankdan 4 milyon oğurlayan peşəkarlar

Basqınçılar bankın əməkdaşlarını ayaqyoluna salaraq qapını bağlayıblar

· Xəbərçi
Bankdan 4 milyon oğurlayan peşəkarlar
Milanda iki nəfər “European Region” bankından 4 milyon avro oğurlayıb. Milan polisinin verdiyi məlumata görə, mühafizəçi paltarında olan iki nəfər zirehli inkassator maşınında bankın yerləşdiyi binaya gəlib. Həmin anda isə bankın mühafizəçiləri əsl inkassator maşınının gəlməsini gözləyirmiş. Silahlı basqınçılar bankın əməkdaşlarını ayaqyoluna salaraq qapını bağlayıblar və başqa banka aparılmalı olan 4 milyon avronu oğurlayıblar.

Bank əməkdaşları hadisədən yalnız 10 dəqiqə sonra polisə məlumat verməyə müvəffəq olublar. Silahlı basqında isə xəsarət alan olmayıb. ANSPRESS

Şərhlər