Hadisə

Bakının mərkəzində baş vermiş güclü yanğın söndürülüb

Binada yaşayış olmadığı üçün xəsarət alan olmayıb

· Xəbərçi
Bakının mərkəzində baş vermiş güclü yanğın söndürülüb
Bakının mərkəzində, “Beşmərtəbə” adlanan ərazidə yeni tikilən binada baş vermiş güclü yanğın söndürülüb. İlkin məlumata görə, binada yaşayış olmadığı üçün xəsarət alan yoxdur.

Xatırladaq ki, Nəsimi rayonunda, Dilarə Əliyeva küçəsi ilə Rəsul Rza küçəsinin kəsişməsində yeni tikilməkdə olan binanın üst mərtəbəsində taxta qəliblər yanıb. Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə ilə bağlı 2-ci dərəcəli çağırış verilib.

Məlumata görə, 1000 kvadratmetr sahədə 600-650 kv.m yanıb.

Şərhlər