Azərbaycan paytaxtında yaşayış evində baş vermiş partlayış nəticəsində əcnəbi vətəndaşlar xəsarət alıb. Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsindən verilən məlumata görə, Sabunçu qəsəbəsi E.Mehdiyev küçəsi 15-də yaşayan 1967-ci il təvəllüdlü Ülfət İsgəndər oğlu Mirzəyevin evində bu gün partlayış baş verib.
Nəticədə həmin evdə kirayə yaşayan Pakistan Respublikasının vətəndaşları - 1983-cü il təvəllüdlü Husain Amir, 1986-cı il təvəllüdlü Afzal Mohsin, 1982-ci il təvəllüdlü Ahmed İstitaq və 1976-cı il təvəllüdlü Muhammed Vasin ağır xəsarət alıb.
Xəsarət alan əcnəbi vətəndaşlar 5 saylı xəstəxanaya yerləşdirilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Hadisənin qaz sızmasından baş verdiyi bildirilir. Faktla bağlı araşdırma aparılır. ANSPRESS
Bakıda yaşayış evində partlayış baş verib
Bakıda yaşayış evində partlayış baş verib. Hadisə nəticəsində Pakistan vətəndaşları xəsarət alıb.




Şərhlər