İşlədiyi şirkətin pulunu mənimsəməkdə təqsirli bilinən menecer həbs edilib.
ANS PRESS-in əldəetdiyi məlumata görə, bu, Bakı şəhər sakini İman Əzizovdur. İ.Əzizov meneceri işlədiyi A.Neymətulla küçəsində yerləşən
“Şervund” MMC-də mobil telefonları və danışıq kartlarını mənimsəməkdə şübhəli bilinir.
Baş vermiş hadisə ilə bağlı “Şervund” MMC-nin rəhbəri Müşfiq Rəhimov polisə şikayət edib.
Hazırda faktla bağlı Nərimanov Rayon Polis İdarəsində araşdırma aparılır. ANSPRESS
Bakıda şirkət meneceri həbs edildi
Bakıda şirkət meneceri mobil telefon və danışıq kartları mənimsəməkdə təqsirli bilinir




Şərhlər