Hadisə

Bakıda silahlı insident baş verib

Yeznə qaynına odlu silahdan bir neçə dəfə atəş açdı

· Xəbərçi
Bakıda silahlı insident baş verib
Bakının Nərimanov rayonunda silahlı insident baş verib. Bu barədə Nərimanov rayon Polis İdarəsindən məlumat verilib.

Hadisə ötən gecə paytaxtın Fətəli xan Xoyski küçəsində qeydə alınıb. Bakı şəhər sakini, 54 yaşlı Fərman Tağıyev şəxsi münaqişə zəminində qaynı, 53 yaşlı Şahin Rəhimova odlu silahdan bir neçə dəfə atəş açıb. Xoşbəxtlikdən insident zamanı xəsarət alan olmayıb.

Hadisədən dərhal sonra əraziyə polis əməkdaşları gəlib. Qaynını öldürmək istəyən F.Tağıyev isə qaçaraq məsuliyyətdən yayınıb. Hazırda polis onun tutulması istiqamətində əməliyyat-axtarış tədbirlərini davam etdirir. ANSPRESS

Şərhlər