Bakıda qadın 8-ci mərtəbədən yıxılıb öldü
Hadisə Biləcəri qəsəbəsində baş verib.
Bu gün səhər saat 7 radələrində paytaxtın Binəqədi rayonu Biləcəri qəsəbəsi ərazisində bədbəxt hadisə baş verib. Binəqədi rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Məhəllə 57/69 ünvanında yerləşən 9 mərtəbəli binada qeydə alınıb. 55-60 yaşlarında qadın binanın 8-ci mərtəbəsindən yıxılıb və elə hadisə yerində keçinib. Hadisənin səbəbləri araşdırılır




Şərhlər