Bakıda “Mercedes” manyakı peyda olub
02 Fevral 2011 Çərşənbə 12:00
Bu gecə 25-ə yaxın maşın qarət edilib
Bakının Xətai rayonunda "Mercedes" markalı avtomobillər kütləvi şəkildə oğurluğa məruz qalıb. Xətai rayonu Cavanşir küçəsi, keçid 822-də yaşayan Salman Murquzovun ANS PRESS-ə verdiyi məlumata görə, bu gün səhər 25-ə yaxın sakini səhər işə gedərkən avtomobillərinin qarət olunduğunu görüblər. Salman Murquzovun sözlərinə görə, qarət ediləm maşınların hamısı bir qayda olaraq “Mercedes” markalı avtomobillərdir.

“Səhər maşına yaxınlaşanda şüşələrin sınıq olduğunu gördüm. Dərhal maşının içinə baxdım, oradan flaş kart və maqnitofon pultu oğurlanmışdı. Mənim maşınımla yanaşı daha iki maşın da qarət edilmişdi. Sonra xəbər gəldi ki, bir az aralıda, “Zərifə” şadlıq evinin yaxınlığında da 5-6 “Mercedes” süşənin sındırılması yolu ilə qarətə məruz qalıb", deyə Xətai rayon sakini bildirib.

Faktla bağlı sakinlər Xətai Rayonu Polis İdarəsi 23-cı polis bölməsinə ərizə ilə müraciət ediblər. S. Murqazov polisdə olarkən isə öyrənib ki, qarət bununla bitməyib. Xətai rayonunda yerləşən “Nargilə” kafesinin yanında da xeyli sayda eyni markalı maşınlar qarət edilib. Burada Zaur Cəbrayılov adlı şəxsə məxsus maşının süşəsini sındıran şəxs oradan nə az, nə çox, düz 3.000 manat pul aparıb. Zaur bildirib ki, o, evə gecə saat 04.00 radələrində gəlib, bu zaman ərazidə heç bir qarət müşahidə etməyib.

Sakinlərin bildirdiyinə görə, ümumilikdə 25-ə yaxın maşın, daha dəqiqi “Mercedes” qarət olunub.

36-cı polis bölməsində faktı ANS PRESS-ə təstiqləsələr də ətraflı məlumat vermədilər.

Xatırladaq ki, bir həftə əvvəl Xətai rayonu N. Tusi küçəsində və Ə. Şıxlınski küçəsində də çox sayda "Mercedes" qarətə məruz qalmışdı.


DOSTLARINLA PAYLAŞ:

oyunlar