Hadisə

Bakıda iki obyekt yandı

Bakıda iki obyekt yandı. Şirniyyat sexi külə döndü.

· Xəbərçi
Bakıda iki obyekt yandı
Bu gün Bakıda yanğın hadisəsi baş verib.

Fövqəladə Hallar Nazirliyindən ANS PRESS-ə verilən məlumata görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.

Ümumi sahəsi 100 kv.m olan şirniyyat sexi tamamilə yanaraq külə dönüb.
Yanğın daha sonra yaxınlıqda yerləşən ümumi sahəsi 50 kv.m olan Çay evinə də keçib. Nəticədə obyektin dam örtüyünün yanar konstruksiyaları tamamilə yanıb. Alov saat 08:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Yanğının hansı səbəbdən baş verdiyi məlum deyil.

Faktla bağlı araşdırma aparılır. ANSPRESS

Şərhlər