Hadisə

Bakıda dəmir yolunda bədbəxt hadisə

41 yaşlı kişi teplovozun altında qaldı

· Xəbərçi
Bakıda dəmir yolunda bədbəxt hadisə
Bakı şəhəri Nərimanov rayonu ərazisində dəmir yolunda bədbəxt hadisə baş verib. Nərimanov rayon Prokurorluğundan lent.az-a bildiriblər ki, Keşlə dəmir yolu stansiyasında yük qatarının yerləşdirilməsi zamanı orada işləyən 1971-ci il təvəllüdlü Əliyar Mustafa oğlu Nəcəfov teplovozun altında qalıb.

Nəticədə 41 yaşlı işçi hadisə yerində ölüb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.

Şərhlər