Hadisə

Bakıda ağır yol qəzası

Paytaxtın Yeni Günəşli qəsəbəsində «Mercedes» markalı minik maşını ilə evakuator avtomobili toqquşub

· Xəbərçi
Bakıda ağır yol qəzası

 

Bakının Yeni Günəşli qəsəbəsində ağır yol qəzası baş verib. Hadisə şahidlərinin ANS PRESS-ə verdiyi məlumata görə, qəsəbədəki «Azpetrol» yanacaqdoldurma məntəqəsinin qarşısında «Mercedes» markalı minik maşını ilə evakuator avtomobili toqquşub. Bakı şəhər Təcili və Təxirəsalınmaz Yardım Stansiyasından ANS PRESS-ə bildirilib ki, hadisə nəticəsində «Mercedes»-dəki üç nəfər ölüb, iki adam isə xəsarət alıb. Ölən və yaralananların adları dəqiqləşdirilir. /ANS PRESS/

 

Şərhlər