Bakıda 89 yaşlı qadın intihar edib
27 Mart 2009 Cümə 11:05
Bakıda 89 yaşlı qadın venasını kəsərək intihar edib. Əzizbəyov rayon Prokurorluğundan verilən məlumata görə, hadisə martın 26-da axşam paytaxtın Binə qəsəbəsində yerləşən hərbi şəhərcikdə baş verib.
Həmin ünvanda yerləşən 18 saylı evdə yaşayan 1920-ci il təvəllüdlü Anna Ladina sol qolunun venasını ülgüclə kəsib. Hadisə yerinə təcilli olaraq həkimlərin çağırılmasına baxmayaraq, 89 yaşlı qadın xeyli qan itirdiyindən onun həyatını xilas etmək mümkün olmayıb. Mərhumun uzun illərdir ağır xəstəlikdən əziyyət çəkdiyi bildirilsə də, onun özünə qəsd etməsinin səbəbləri barədə hələlik məlumat verilmir. Faktla bağlı Əzizbəyov rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar