Hadisə

Bakıda 7 maşın toqquşub

Bakıda 7 maşın toqquşub. Maşınlara ciddi ziyan dəyib.

· Xəbərçi
Bakıda 7 maşın toqquşub
Bakının Nərimanov rayonu ərazisində 7 maşının toqquşması ilə nəticələnən yol qəzası baş verib. Qəza bu gün axşam saat 22:40 radələrində Fətəli xan Xoyski küçəsində qeydə alınıb.

Sürətlə hərəkət edən 10 ZP 903 dövlət nömrə nişanlı “Niva” qarşısında hərəkət edən 10 SP 903 dövlət nömrə nişanlı “BMW” markalı avtomobillə toqquşub. Zərbənini təsirindən “Niva” yolun kənarında dayanmış taksilərə çırpılıb. Hadisə zamanı xoşbəxtlikdən xəsarət alan olmasa da, maşınlara ciddi ziyan dəyib.

Qəzaya səbəb “BMW”nin qadağan olumuş yerdən dönməsi olub.

Onu da bildirək ki, “BMW”nin sürücüsü hərbçidir.

Hadisə yerində Nərimanov rayon Polis İdarəsinin yol polisi şöbəsinin əməkdaşları araşdırma aparır. ANSPRESS

Şərhlər