Hadisə

Bakıda 10 qadının çalışdığı priton aşkarlandı

Kafedə müştərilərə 18-20 yaş arasında qadınlar xidmət göstərib

· Xəbərçi
Bakıda 10 qadının çalışdığı priton aşkarlandı
Ötən gün axşam saatlarında polis Bakı şəhəri Xətai rayonu ərazisində priton aşkarlayıb. Xətai rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, hüquq-mühafizə əməkdaşlarının keçirdikləri əməliyyat zamanı Xətai rayon sakini Yaşar Hacıyevə məxsus obyektdə qadınların intim xidmətləri göstərdikləri məlum olub. Əməliyyat zamanı 18-20 yaş arasında 10 qadın saxlanılıb. Onların arasında Özbəkistan vətəndaşı da var. Araşdırmalar zamanı məlum olub ki, kafedə müştərilərə 35-40 manata intim xidmət göstərilirmiş.
Faktla bağlı araşdırma aparılır.

Şərhlər