Azərbaycanda qəbiristanlıq dağıdılıb
27 Yanvar 2010 Çərşənbə 14:10
Bakının Suraxanı rayonu ərazisində qəbiristanlıqlardan birində məzarlar naməlum şəxslər tərəfindən dağıdılıb.
Hadisə ötən gün Suraxanı rayonu Əmircan qəsəbəsi ərazisində yerləşən “Tatar” qəbiristanlığında baş verib. Adıçəkilən qəbiristanlıqda 20-25 məzarın baş daşı naməlum şəxslər tərəfindən dağıdılaraq sındırılıb. Hələlik hadisənin kimlər tərəfindən törədildiyi məlum deyil.

Hadisənin düşmənçilik, yaxud xuliqanlıq zəminində baş verməsinə gəlincə, prokurorluqdan bununla əlaqədar hələlik dəqiq məlumat olmadığını bildiriblər.

Baş vermiş hadisə ilə bağlı Suraxanı rayon Polis İdarəsi və rayon Prokurorluğunun əməkdaşlarından ibarət əməliyyat-istintaq qrupu yaradılıb. Hadisəni törədənlərin müəyyənləşdirilərək tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Faktla bağlı Suraxanı rayon Polis İdarəsi tərəfindən Cinayət Məcəlləsinin 245-ci (qəbir üzərində təhqiredici hərəkətlər etmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq aparılır. APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar