Azərbaycanda doğulmuş erməni İnterpol xətti ilə axtarışa verilib
05 Aprel 2012 Cümə Axşamı 17:28
29 yaşlı Civan Safaryanı Rusiyada bir sıra cinayətlər törətməkdə təqsirli bilinir
Rusiya Azərbaycanda doğulmuş daha bir ermənini beynəlxalq axtarışa verib. Bu barədə İnterpolun saytında məlumat yerləşdirilib. Məlumata görə, 1983-cü il təvəllüdlü Civan Safaryan odlu silah və partlayıcı qurğulardan istifadə etmə və sağlamlığa zərər vurma cinayətlərində təqsirli bilinir. O, Rusiya Federasiyası daxili işlər orqanları tərəfindən beynəlxalq axtarışa verilib.

Məlumat üçün qeyd edək ki, 29 yaşlı Civan Safaryan Azərbaycanın Göygöl rayonunun Çaykənd kəndində doğulub. Ötən əsrin 80-ci illərin sonlarında, Dağlıq Qarabağ münaqişəsi başlayan zaman ailəsi ilə birlikdə Azərbaycan tərk edib, hazırda Rusiya vətəndaşıdır.
Xatırladaq ki, bir müddət əvvəl Rusiya hüquq-mühafizə orqanları Azərbaycanda doğulan daha bir ermənini - 40 yaşlı Minas Nalbandyanı da beynəlxalq axtarış verib. O, odlu silah və partlayıcı qurğulardan istifadə etməklə, ağır cinayətlər törətməkdə təqsirli bilinir.


DOSTLARINLA PAYLAŞ:

oyunlar