Hadisə

Azərbaycanda ağır yol qəzası baş verib, xeyli yaralı var

Bakının Qaradağ rayonu ərazisində ağır yol qəzası baş verib. Bu barədə APA-ya Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib.

· Xəbərçi
Azərbaycanda ağır yol qəzası baş verib, xeyli yaralı var
Hadisə bu gün saat 12.00 radələrində Bakı-Salyan yolunda qeydə alınıb. “VAZ-2106” markalı avtomobilin aşması nəticəsində maşında olan beş nəfər - 12 yaşlı Talıb İsgəndərli, 50 yaşlı Saleh Bayramov, onun həyat yoldaşı, 47 yaşlı Arzu Bayramova, onların övladları 18 yaşlı Məcid və 19 yaşlı Nicat müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralılar Klinik Tibbi Mərkəzə yerləşdirilib.

KTM-dən APA-ya verilən məlumata görə, yaralılar reanimasiyaya yerləşdirilib və onların vəziyyət ağırdır.

Faktla bağlı araşdırma aparılır. APA

Şərhlər