Azərbaycan paytaxtında ATS-də intihar hadisəsi baş verib
19 Yanvar 2010 Çərşənbə Axşamı 12:25
Yasamal ATS-də intihar hadisəsi baş verib. Bu barədə APA-ya Yasamal rayon Prokurorluğundan məlumat verilib.
Yasamal ATS-in əməkdaşı, 1968-ci il təvəllüdlü Telman Məmmədov yanvarın 18-də idarənin dördüncü mərtəbəsində yerləşən internet otağında telefon kabeli ilə özünü asıb. Onun meyiti ATS-in əməkdaşları tərəfindən aşkar edilib. Hadisə yerinə Yasamal rayon Prokurorluğu və rayon Polis İdarəsinin əməkdaşları gəlib.

Hadisəni araşdıran zaman T. Məmmədovun külli miqdarda borcu olduğu məlum olub. İlkin ehtimala görə, onun intihar etməsinin də səbəbi məhz bu olub.

Faktla bağlı Yasamal rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar