Azərbaycan Ordusunun giziri Ermənistan Silahlı Qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb.
ANS-in bölgə müxbirinin verdiyi məlumata görə, hadisə yanvarın 29-da günün ikinci yarısı, təqribən saat 17-18 radələrində cəbhənin Tərtər rayonu istiqamətində qeydə alınıb.
Azərbaycan silahlı qüvvələrində qulluq edən gizir Natiq Tağıyev düşmən tərəfdən açılan güllə ilə vurulub.
Tərtərin Torpaq təpə ərazisində vurulan N.Tağıyev çiyin nahiyəsindən bir güllə yarası alıbANSPRESS
Azərbaycan Ordusunun giziri yaralanıb
Hadisə Tərtər rayonu istiqamətində baş verib




Şərhlər