Azərbaycan Ordusunun əsgəri vəfat edib
    05 Yanvar 2010 Çərşənbə Axşamı 14:15
    Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib.
    
                	 
    
         Azərbaycan Ordusunun əsgəri dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Daşkəsən-Gədəbəy istiqamətində yerləşən “N” saylı hərbi hissənin əsgəri - 1976-cı il təvəllüdlü əsgər Cəfərov Yaşar Nemət oğlu yanvarın 3-dən 4-nə keçən gecə saat 23.30-da özünü pis hiss etdiyini bildirib. Tibb məntəqəsinə çatdırılan hərbçi gecə saat 00.25 radələrində ürək-damar çatışmazlığından vəfat edib. 
Yaşar Cəfərovun 2009-cu ilin oktyabr ayında Qaradağ rayon Hərbi Komissarlığından hərbi xidmətə çağırıldığı bildirilib. APA
DOSTLARINLA PAYLAŞ: