Azərbaycan Ordusunun əsgəri şəhid olub
18 Fevral 2010 Cümə Axşamı 17:20
Ermənistan Silahlı Qüvvələrinin Ağdam rayonu istiqamətində atəşkəs pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Fərəcov Xəyal Bəşər oğlu şəhid olub.
APA-nın Qarabağ bürosunun xəbərinə görə, Masallı rayon Hərbi Komissarlığından həqiqi hərbi xidmətə çağırılmış Fərəcov Xəyal Bəşər oğlu hərbi hospitala çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, bu gün günorta saatlarından başlayaraq Ermənistan Silahlı Qüvvələri Azərbaycan Ordusunun bir neçə istiqamətdə mövqelərini atəşə tutmağa başlayıb.
APA-nın Qarabağ bürosu xəbər verir ki, Tərtər rayonunun Borsunlu, Qapanlı, Goranboyun Tapqaraqoyunlu, Ağdamın keçmiş Gülçülük sovxozu adlanan istiqamətində atışma davam edir.
Ermənilərin Goranboy rayonunun Tapqaraqoyunlu kəndi istiqamətində atəşkəsi pozması nəticəsində Azərbaycan Ordusunun əsgəri Sahil Məmmədovun da yaralandığı bildirilir. Məlumata görə, yaralanan əsgər hərbi hospitala yerləşdirilib. Onun vəziyyəti kafi qiymətləndirilir. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: