Dünən Azərbaycan Nəşriyyatının inzibati binasında yanğın olub. Daxili İşlər Nazirliyinin məlumatına görə, yanğın Yasamal rayonu ərazisində Azərbaycan Nəşriyyatının inzibati binasının 8-ci mərtəbəsində yerləşən "Azərbaycan Cümhuriyyəti" qəzetinin redaksiyasına məxsus otaqlardan birində baş verib. Nəticədə 2 ədəd kompüterin monitor hissələri və 0,5 kvadratmetr sahədə döşəmə yanıb. Faktla bağlı araşdırma aparılır. /ANS PRESS/