Azərbaycan MTN Gəncədə əməliyyat keçirildiyini təsdiqləyib
06 Aprel 2012 Cümə 17:06
Azərbaycanın Gəncə şəhərində baş verən silahlı insidentdə iki nəfər ölüb, beş nəfər yaralanıb.
APA-nın məlumatına görə, insident zamanı hüquq-mühafizə orqanlarının bir əməkdaşı həlak olub, üçü yaralanıb. Qarşı tərəfdən isə 1 nəfər ölüb, iki nəfər yaralanıb. Ölən yaraqlının meyiti üzərində partlayıcı olduğundan hadisə yerinə mütəxəssislər çağırılıb. Əməliyyat hələlik başa çatmayıb.

Ölən əməliyyatçının meyiti və digər yaralılar vertolyotla Bakıya gətirilib.

Gəncə şəhər Baş Polis İdarəsindən APA-ya bildirilib ki, ötən gecə saat 04.00 radələrində Milli Təhlükəsizlik Nazirliyi Gəncə şəhərində terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı əməliyyat keçirib.

Milli Təhlükəsizlik Nazirliyinin İctimai Əlaqələr Mərkəzinin rəhbəri Arif Babayev APA-ya açıqlamasında Gəncədə nazirlik tərəfindən əməliyyat keçirildiyini təsdiqləyib. Əməliyyat tədbirləri davam etdiyindən, əlavə məlumat verilməyib.


DOSTLARINLA PAYLAŞ:

oyunlar