Axtarışda olan 2 qadın tutulub
11 Mart 2009 Çərşənbə 12:30
Qadınlar rəsmi sənədləri, möhürləri saxtalaşdırma, hazırlama və ya sənədlərdən istifadə etməyə görə axtarışda olublar

Bakının Səbail rayonunda axtarışda olan qadınlar tutulub. Bakı Şəhər Baş Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, saxlanılanlar 26 yaşlı Sədaqət Əliyeva və Sədaqət Abbasova Azərbaycan Cinayət Məcələsinin 320-ci (rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, hazırlama, satma və ya sənədlərdən istifadə etmə) maddəsi ilə axtarışda olublar. Səbail rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki qadın tutulub. Faktla bağlı istintaq aparılır.

Anar Məmmədov /ANS PRESS/



DOSTLARINLA PAYLAŞ:

oyunlar