Avtoşluğun bədəlini 8 canla ödədilər
27 Yanvar 2010 Çərşənbə 05:40
Küveytdə keçirilən qeyri-qanuni avtomobil yarışında baş vermiş qəzada 8 nəfər ölüb
Küveytdə keçirilən qeyri-qanuni avtomobil yarışında baş vermiş qəzada 8 nəfər ölüb. Hadisə paytaxt Küveytin 20 km qərbindəki Duha şəhərində keçirilən yarışda 2 sürücünün avtomobilə nəzarəti itirərək kənarda dayanan 4 avtomobillə toqquşması və tamaşaçıların arasına girməsi nəticəsində baş verib. Xəbər mənbəyi qəza nəticəsində 14 nəfərin də müxtəlif dərəcəli bədən xəsarəti aldığını deyib.
Qeyd edək ki, zəngin körfəz ölkəsində tez-tez qeyri-qanuni avtomobil yarışları keçirilir. 1.1 milyon yerli əhali, 2.3 milyon əcnəbinin yaşadığı ölkədə 1.4 milyon avtomobil var. Küveytdə hər il 400 nəfər avtomobil qəzalarında ölür, minlərlə insan bu qəzalarda xəsarət alır. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: