Hadisə

Anamüxalifətçinin evinə oğru girib

Şübhəli şəxslər Dəniz Baykalın evindən heç nə aparmayıb.

· Xəbərçi
Anamüxalifətçinin evinə oğru girib
Türkiyənin anamüxalifətçi Cumhuriyyət Xalq partiyasının (CHP) sabiq sədri Dəniz Baykalın evinə oğru girib. Hadisə paytaxt Ankarada yerləşən “Angora evləri” şəhərciyində baş verib. Məlumata görə, axşam saat 20.30-da evinə yaxınlaşan Baykal içərdən səslər eşidib. Dəniz Baykalın qışqırması ilə evdə olan 2 naməlum şəxs mətbəx qapısından çıxaraq qaçıb.

Qeyd edək ki, hadisə baş verdiyi vaxt sabiq liderin həyat yoldaşı Olcay Baykal evdə olmayıb, şübhəli şəxslər isə evdən heç nə aparmayıb.

Şərhlər