Ana oğlunun qatilinin evini yandırdı
14 Avqust 2014 Cümə Axşamı 14:20
Qətli törədən və mənzili yandırmaqda şübhəli bilinən qadın polis tərəfindən saxlanılıb.
Ötən gün axşam saatlarında Şəmkirin Sabirkənd kəndində qətl hadisəsi baş verib. ANS PRESS-in Kəpəz TV-yə istinadən verdiyi məlumata görə, kənd sakini 22 yaşlı Vüqar Əliyev şəxsi münasibətlər zəmnində Zəyəm qəsəbə sakini 20 yaşlı Pərvin Tanrıverdiyevi bıçaqlayıb. P.Tanrıverdiyev aldığı bıçaq zərbəsindən sonra hadisə yerindəcə dünyasını dəyişib.

Vəziyyətdən xəbər tutan Pərvinin anası Səba Tanrıverdiyeva Vüqar Əliyevin yaşadığı ünvana gələrək həmin mənzili yandırıb. Hadisə nəticəsində ümumi sahəsi 169 kvadratmetr olan evin yanar konstruksuyiları külə dönüb.

Yanğınsöndürənlərin köməkliyi ilə alovun ətraf ərazilərə yayılmasının qarşısı alınıb. Qətli törədən Vüqar Əliyev və mənzili yandırmaqda şübhəli bilinən Səba Tanrıverdiyeva polis tərəfindən saxlanılıb.

Faktla bağlı Şəmkir rayon prokurorluğunda araşdırma aparılır.


DOSTLARINLA PAYLAŞ:

oyunlar