Ağsuda beşotaqlı ev yanaraq külə döndü
31 Dekabr 2009 Cümə Axşamı 10:00
Yanğın başlayandan təxminən 20-30 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatsalar da, alovun qarşısını almaq mümkün olmayıb
Bu gün gecə saat 04.00 radələrində Ağsunun Bico kəndində ev yanıb. Kənd sakinlərinin ANS PRESS-ə verdiyi məlumata görə, yanan ev Ramiz Heydərova məxsusdur. Yanğın başlayandan təxminən 20-30 dəqiqə sonra yanğınsöndürənlər hadisə yerinə çatsalar da, alovun qarşısını almaq mümkün olmayıb. Nəticədə beşotaqlı ev əşyaları ilə birlikdə tamamilə yanıb. Kənd sakinləri alovun bu dəqiqələrədək tam söndürülmədiyini də bildirirlər.
Qeyd edək ki, evdə Ramiz Heydərov, həyat yoldaşı, iki oğlu, gəlinləri və dörd nəvəsi yaşayır. Onun oğullarından biri yataq xəstəsidir. Yanğın başlayan kimi sakinlər evi vaxtında tərk etdiklərindən xəsarət alan olmayıb. ANSPRESS
DOSTLARINLA PAYLAŞ: