Azərbaycanın Ağdam rayonu ərazisində xeyli sayda silah-sursat aşkarlanıb.
Rayon Polis Şöbəsindən
APA-nın Qarabağ bürosuna verilən məlumata görə, şöbəyə daxil olan anonim zəng əsasında polis rayonun İmamqulubəyli kəndi ərazisindəki nar bağından 1 ədəd AKMS və 1 ədəd AKM markalı avtomat silahı, 1916-cı il istehsalı olan 1 ədəd beşatılan, 1 ədəd 28 mm kalibrli ov tüfəngi, 1 ədəd TOZ-8 tüfəngi, 5 ədəd F-1 əl qumbarası, 22 ədəd avtomat sandıqçası, 7 ədəd fişəng, 55 ədəd LPS gülləsi və çoxlu sayda avtomat patronu aşkarlayaraq götürüb.
Silahların hər hansı cinayət əməlində istifadə olunub-olunmadığını müəyyən etmək üçün Daxili İşlər Nazirliyinin müvafiq ekspertiza orqanına təhvil veriləcək.