6-cı mərtəbədən yıxılan qadın ölüb
14 Aprel 2009 Çərşənbə Axşamı 10:37
Bakıda 36 yaşlı qadın 6-cı mərtəbədən yıxılıb.
Binəqədi rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə ötən gecə rayonun Adil Məmmədov küçəsində yerləşən 143 saylı binada baş verib.

Binanın 6-cı mərtəbəsindəki 57 saylı mənzildə yaşayan, 1973-cü il təvəllüdlü Rəisə İframova eyvandan yıxılıb. O, aldığı xəsarətdən hadisə yerindəcə keçinib. Hadisənin baş vermə səbəblərini araşdıran istintaq qrupunun ilkin ehtimalına görə, R. İframova eyvanda paltar asarkən müvazinətini itirərək yıxılıb.

Məlumatda, həmçinin mərhumun iki aylıq körpə anası olduğu bildirilir.

Faktla bağlı Binəqədi rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

APA


DOSTLARINLA PAYLAŞ:

oyunlar