4-cü sinif şagirdi qatarın altında qaldı
22 Noyabr 2009 Bazar 10:30
9 yaşlı Hikmət Salayev hadisə yerində keçinib
Xızı rayonu, Stalçay kənd sakini, 4-cü sinif şagirdi Hikmət Salayev qatarın altında qalıb. Hadisə Azərbaycan Dövlət Dəmiryolunun 2589 km-nin 7-ci piketində, Xızı rayonunun Stalçay dəmiryol stansiyasında baş verib.
9 yaşlı H.Salayev qatarın 8-ci vaqonunun altından keçərkən qatar irəliləyib. Vaqonun təkərləri altında qalan uşaq hadisə yerində keçinib.
Qeyd edək ki, stansiyaya qarğıdalı gətirən yük vaqonu Bakı istiqamətində hərəkət edirmiş.

Maşinist, Xızı sakini Tapdıq Əlican oğlu Nəcəfov və onun köməkçisi Siyəzən rayonu, Gilgiçay kənd sakini 29 yaşlı Məhəmməd Balayevin ilkin ifadələri alınıb.

Hadisə yerinə Azərbaycan Dəmiryolu Nəqliyyatında Polis İdarəsinin Xaçmaz xətt polis şöbəsinin əməkdaşları gəlib. Şöbənin rəisi Fəxrəddin Muradovun ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, meyit tibbi müayinədən sonra ailələrinə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır. Hadisənin başvermə səbəbləri araşdırılır. ANSPRESS


DOSTLARINLA PAYLAŞ:

oyunlar