Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib. Yasamal rayon Prokurorluğundan ANS PRESS-ə verilən məlumata görə, rayonun Əhməd Cavad küçəsində yaşayan 39 yaşlı Şərqi Cəfərov yaşadığı ünvanda özünü asaraq intihar edib. O, uzun müddət xəstəlikdən əziyyət çəkib. Faktla bağlı Yasamal rayon Prokurorluğunda Azərbaycan Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.
Anar Məmmədov /ANS PRESS/