Hadisə

3 yaşlı körpədə QİÇS virusu

Lənkəranda 3 yaşlı körpədə QİÇS virusu aşkarlanıb, Rayonda QİÇS-ə yoluxanların sayı 162 nəfərə çatıb

· Xəbərçi
3 yaşlı körpədə QİÇS virusu

 

Lənkəranda QİÇS daşıyıcısı olan 3 yaşlı körpə aşkarlanıb. Məlumatı «Azadlıq» radiosuna Lənkəran Regional HİV Diaqnostikası laboratoriyasından veriblər.

Ümumiyyətlə, Lənkəran rayonunda QİÇS-ə yoluxanların sayı 162 nəfərə çatıb. HİV-ə yoluxan ailə də var. Bölgədə QİÇS-ə yoluxan ilk xəstə Lənkəranda 2000-ci ildə aşkarlanıb. 9 il ərzində bu xəstəlikdən 22 nəfər ölüb. Masallıda 52 nəfər, Astarada 46 nəfər, Lerik və Yardımlıda 3 nəfər QİÇS xəstəsi aşkarlanıb.

 

Şərhlər