Ötən gecə Neftçala rayonunda intihar hadisəsi baş verib.
Neftçala rayon prokurorunun böyük köməkçisi Valeh Məmmədovun ANS PRESS-ə verdiyi məlumata görə, rayonun Qədimkənd kənd sakini, 1972-ci il təvəllüdlü Təbriz Şəfiyev yaşadığı evdə özünü ov tüfəngindən atəş açaraq öldürüb.
V.Məmmədovun bildirdiyinə görə, hadisənin səbəbləri barədə hələlik heç bir versiya irəli sürülməyib.
Faktla bağlı Neftçala rayon Prokurorluğunda AR Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, mərhum ailəli olub, himayəsində 3 azyaşlı uşağı var. ANSPRESS
3 uşaq atası özünü güllələdi
Hadisə Neftçala rayonunda baş verib




Şərhlər