Amerikanın Kaliforniya ştatında 15 aylıq uşaq güclü təsirə malik narkotik maddə sayılan metamfetamin udub. Bu hadisədən sonra körpə Uşaqların Sosial Müdafiəsi xidmətinə təhvil verilib.
Santa-Kruz şəhər polisinin nümayəndəsi, kapitan Stiv Klarkın verdiyi məlumata görə, oğlanın anası uşağı bazar ertəsi axşam xəstəxanaya aparıb. Körpənin orqanizmində narkotik aşkar edən həkimlər bu barədə dərhal polisə məlumat veriblər.
Polisin məmurunun sözlərinə görə, uşaq hazırda tamamilə özünə gəlib. O, xəstəxanadan Uşaqların Sosial Müdafiəsi xidmətinin əməkdaşlarına verilib.
Ananın icazəsi ilə evdə yoxlama aparan polis orada narkotik maddə aşkar etməyib. ANSPRESS
15 aylıq uşaq narkotik qəbul edib
Bu hadisədən sonra uşaq valideynlərindən alınıb




Şərhlər